"Kasperski": Azərbaycan lisenziyalı İT həllərin satışına və istifadəsinə görə regionun lideridir

"Kasperski": Azərbaycan lisenziyalı İT həllərin satışına və istifadəsinə görə regionun lideridir
# 18 aprel 2016 09:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan regionda lisenziyalı İT təhlükəsizlik həllərinin satışına və istifadəsinə görə liderdir.

"APA-Economics" xəbər verir ki, bunu "Kasperski Laboratoriyası"nın Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədov bildirib.

"Azərbaycanda kibertəhlükəsizlik məsələlərinə dövlət sektoru daha çox maraq göstərir. Özəl sektor təmsilçilərinin əksəriyyəti lisenziyalı antivirus və ya müdafiə həllərindən istifadə etmirlər. Bu, nəticədə daha ciddi fəsadlara yol açır", - deyə M. Məmmədov bildirib.

"Kasperski" məhsullarından istifadəyə gəlincə, M. Məmmədov bildirib ki, bu məhsullardan fərdi istifadəçilər (ev bazarında) bazarında liderdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR