Tərtər sakinindən 6 kiloqramdan çox narkotik götürülüb

Tərtər sakinindən 6 kiloqramdan çox narkotik götürülüb
# 30 iyul 2016 10:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Tərtər sakini tutulub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Sərxan Əliyev 6 kiloqram 120 qram marixuananı rayon ərazisində satarkən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR