Bakıda sərnişin avtobusu qadını vurub öldürüb

Bakıda sərnişin avtobusu qadını vurub öldürüb
# 10 mart 2016 18:48 (UTC +04:00)

Bakı. Fərahim Qasımov – APA. Bakıda ölümlə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, 165 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu Rövşən Cəfərov küçəsində yolu keçmək istəyən piyadanı vurub. Zərbə nəticəsində qadın hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Polis əməkdaşları olay yerində müayinələr aparıblar. Daha sonra avtobus sürücüsünün ifadəsi alınıb. Eyni zamanda ölən qadının kimliyi də müəyyən edilib. Məlum olub ki, qəza nəticəsində həyatını itirən 58 yaşlı Esmira Zeynalovadır.

Şahidlərinin sözlərinə görə, hadisəyə səbəb piyadanın avtobusun qarşısına qəfil çıxması olub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR