Dövlət Departamenti: PYD Suriya münaqişəsinin həllinə dair danışıqlara qatılmayacaq

Dövlət Departamenti: PYD Suriya münaqişəsinin həllinə dair danışıqlara qatılmayacaq
# 28 yanvar 2016 08:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Bu il yanvarın 29-da Cenevrədə keçiriləcək Suriya probleminin həllinə dair danışıqlarda PKK terror təşkilatının Suriyadakı qolu PYD-nin iştirakı gözlənilmir”.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə bu məsələdəki narazılığında haqlıdır. “Danışıqlara Suriyadan qatılacaq qrupların siyahısı tam dəqiqləşməyib. Belə ehtimal edirəm ki, PYD siyahıda olmayacaq. Siyahı ilə bağlı fikir ayrılıqları var. Oradakı müxalif qrupların necə seçiləcəyi müəyyənləşdirilir”.

Qeyd edək ki, Türkiyə PYD-nin dəvət ediləcəyi təqdirdə tədbirə qatılmayacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR