Hüquq müdafiəçisi Elçin Behbudov mətbuat konfransı keçirib

  Hüquq müdafiəçisi Elçin Behbudov mətbuat konfransı keçirib
# 23 oktyabr 2015 10:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bu gün mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, konfransda çıxış edən E. Behbudov bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istefada olan bir neçə zabiti ona müraciət edib: “Həmin şəxslər müraciət edərək bildirdilər ki, mətbuat orqanlarında Milli Təhlükəsizlik Nazirliyinin nüfuzuna xələlə gətirən məlumatlar yayılır. Biz də bununla bağlı mətbuat konfransı keçirmək qərarına gəldik. Milli Təhlükəsizlik Nazirliyi müdafiə, daxili işlər nazirlikləri kimi dövlətin mühüm strukturlarından biridir. Orada işləyən 6-7 nəfərdən ibarət deyil. Həmin nazirliyin mindən çox işçisi var. Onların hamısının fəaliyyətinə qara kölgə salmaq düzgün deyil. Mən burada kimisə müdafiə etmək fikrində deyiləm. Əgər kiminsə günahı varsa cəzasını çəkəcək. Lakin nazirliyin fəaliyyətini də şübhə altına almaq düzgün deyil. Orada peşəkar insanlar çalışır. Heydər Əliyev, Şəmsi Rəhimov kimi peşəkarlar oradan çıxıb”.


E. Behbudov bildirib ki, bu cür məlumatlardan Azərbaycanın düşmənləri öz maraqları üçün istifadə edirlər: “Mətbuatda yazılan həmin məlumatları düşmənlərimiz də oxuyur və istədikləri kimi istifadə edirlər. Milli Təhlükəsizlik Nazirliyindən vəzifəsindən azad olunan, həbs olunan şəxslər var, onlarla bağlı prezidentin göstərişi var. Biz də onun göstərişlərini dəstəkləyirik. Hazırda istintaq aparılır ”.

Hüquq müdafiəçisi son günlər həbs olunan MTN əməkdaşları ilə görüşmədiyini də bildirib: “Həmin şəxslər Bakı İstintaq təcridxanasında saxlanılır . Biz də Penitensiar xidmətlə işləmədiyimiz üçün onlarla görüşməmişik ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR