Bakıda polis əməkdaşına xəsarət yetirməkdə təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Bakıda polis əməkdaşına xəsarət yetirməkdə təqsirləndirilənlər apellyasiya şikayəti veriblər
# 05 sentyabr 2016 16:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakıda polis əməkdaşına xəsarət yetirməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslər barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

APA-nın məlumatına görə, onların şikayəti üzrə məhkəmənin ilkin baxış iclası sentyabrın 9-da keçiriləcək. İclasa Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov sədrlik edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhd, oğurluq və qanunsuz silah saxlamaqda təqsirləndirilən Yevgeniy Antonovskiy, Andrey Pavlenko və Fərqanət Qasımovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Məhkəmənin hökmü ilə Y. Antonovskiy 17, digər təqsirləndirilən şəxslərin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Bakıda "MilliÖn" aparatları oğurlayıblar. Təqsirləndirilən şəxslərin yaxalanması üçün keçirilən əməliyyat zamanı Y. Antonovskiy polis əməkdaşlarına silahlı müqavimət göstərib. Nəticədə polis əməkdaşlarından biri ağır yaralanıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər barələrində olan cəzanın azaldılması haqqında apellyasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR