Cəlilabadda yaşayış evi yanıb - FOTOSESSİYA

Cəlilabadda yaşayış evi yanıb  - <span style="color: red;">FOTOSESSİYA
# 07 oktyabr 2015 06:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Uzuntəpə kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 48 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın zamanı partlayış baş verməyib və xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR