Çempionlar Liqasınında IV tura yekun vurulub - NƏTİCƏLƏR - VİDEO

Çempionlar Liqasınında IV tura yekun vurulub - <span style="color: red;">NƏTİCƏLƏR  - <span style="color: red;">VİDEO
# 04 noyabr 2015 23:10 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, E, F, G və H qruplarında ümumilikdə 8 matçın oynanıldığı gündə 1/8 finala yüksələn növbəti komandalar müəyyənləşib..

E qrupunda lider “Barselona” BATE-ni qəbul edib. Kataloniyalılar zəif rəqibini məğlub edərək, növbəti mərhələyə vəsiqə məsələsini böyük ölçüdə həll edib. Sonuncu pillədə qərarlaşan “Roma” isə "Bayer"i məğlub edərək, ikinci pilləyə yüksəlib.

F qrupunda da bu turdan sonra “sular durula” bilər. “Arsenal”ı qəbul edən “Bavariya” darmadağınla qalib gələrək 1/8 final şanslarını xeyli yaxşılaşdırıb. Qrupun bu oyuna qədər 6 xala malik olan digər üzvü “Olimpiakos” isə Zaqreb “Dinamo”sunu məğlub edərək "Bavariya" ilə birlikdə qrupdan çıxmağa ən real namizəd olub.

G qrupunun yeganə xalsız komandası “Makkabi” lider “Porto”ya uduzub.. Portuqaliya klubu qələbə qazanaraq, növbəti mərhələ şansını xeyli artırıb. Cari mövsümün uğursuz komandası “Çelsi” isə Kiyev “Dinamo”sunu yenərək qrupda ikinciliyə yüksəlib.

H qrupunda aşkar liderlər “Zenit” və “Valensiya” müvafiq olaraq, autsayderlər “Lion” və “Gent”lə oynayıblar. Ruslar səfərdə qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. "Valensiya" isə Belçikada uduzaraq, vəsiqə arzularını təxirə salmalı olub.

UEFA Çempionlar Liqası, Qrup mərhələsi

IV tur

4 noyabr

E qrupu

“Barselona” (İspaniya) – BATE (Belarus) - 3:0

Qollar: Neymar, 31 (pen.), 83, Suarez, 60

“Roma” (İtaliya) – “Bayer” (Almaniya) - 3:2

Qollar: Salah, 2, Dzeko, 29, Pyanic, 81 (pen.) - Mehmedi, 46, Çikarito, 51

1.

Barselona

4

3

1

0

8:2

10

2.

Roma

4

1

2

1

10:10

5

3.

Bayer

4

1

1

2

11:10

4

4.

BATE

4

1

0

3

4:11

3

F qrupu

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 5:1

Qollar: Levandovski, 10, Müller, 29, 90, Alaba, 42, Roben, 55 - Jiru, 68

“Olimpiakos” (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:1

Qollar: Pardo, 65, 90 - Hodziç, 21

1.

Bavariya

4

3

0

1

13:3

9

2.

Olimpiakos

4

3

0

1

6:6

9

3.

Arsenal

4

1

0

3

6:10

3

4.

Dinamo Zaqreb

4

1

0

3

3:9

3

G qrupu

“Çelsi” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:1

Qollar: Draqoviç, 31 (öz qapısına), Villian, 83 - Draqoviç, 78

“Makkabi” (Təl-Əviv, İsrail) – “Porto” (Portuqaliya) - 1:3

Qollar: Zahavi, 75 (pen.) - Tello, 19, Andre, 50, Layun, 72

1.

Porto

4

3

1

0

9:4

10

2.

Çelsi

4

2

1

1

7:3

7

3.

Dinamo Kiyev

4

1

2

1

5:4

5

4.

Makkabi Tel Əviv

4

0

0

4

1:11

0

H qrupu

“Lion” (Fransa) – “Zenit” (Rusiya) - 0:2

Qol: Dzyuba, 25, 58

“Gent” (Belçika) – “Valensiya” (İspaniya) - 1:0

Qol: Kums, 46 (pen.)

1.

Zenit

4

4

0

0

10:4

12

2.

Valensiya

4

2

0

2

5:5

6

3.

Gent

4

1

1

2

4:5

4

4.

Lion

4

0

1

3

2:7

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR