“Kapital Bank” kredit rəsmiləşdirmələrini sadələşdirir

“Kapital Bank” kredit rəsmiləşdirmələrini sadələşdirir
# 09 fevral 2016 15:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Artıq “Kapital Bank”ın müştəriləri də "Elektron hökumət" portalı (https://www.e-gov.az) vasitəsilə təqdim olunan "Elektron arayış"lardan istifadə edərək bank xidmətlərinə müraciət edə biləcək.

Məlumata əsasən, xidmət hazırda bankın 1 saylı Səbail, 1 saylı Xətai, 2 saylı Nizami, 2 saylı Nəsimi filiallarında mövcuddur. Yaxın gələcəkdə bankın digər filiallarında da tətbiq olunacaq.

Qeyd edək ki, elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. "Elektron arayış"lar bank xidmətlərindən istifadə zamanı vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. Xidmətin digər üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış alma zəruriyyətinin aradan qaldırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR