Argentinada sərnişin avtobusu aşıb, 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Argentinada sərnişin avtobusu aşıb, 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb
# 08 fevral 2016 23:36 (UTC +04:00)

Bakı-APA. Argentinanın Entre-Rios əyalətində sərnişin avtobusu aşıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Avtobusda 66 nəfərin olduğu bildirilir. İlkin versiyaya əsasən, Paraqvayın paytaxtı Asunsondan Buenos-Ayresə yollanan avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus yolun kənarındakı hasara çırpılaraq aşıb.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların arasında ağır vəziyyətdə olanlar var. Avtobusun sürücüsü saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR