Kulevi neft terminalının ərazisində qaz ehtiyat parkları açılıb

Kulevi neft terminalının ərazisində qaz ehtiyat parkları açılıb
# 28 sentyabr 2016 11:18 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdədir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, R. Abdullayev səfər çərçivəsində Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dimitri Kumsişvili və energetika naziri İlya Eloşvili ilə birgə Xobi rayonunda yerləşən Kulevi kəndindəki Kulevi neft terminalının ərazisində iki qaz ehtiyat parkının açılışını həyata keçirib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, hər iki parkda ehtiyat qaz saxlamaq üçün istifadəyə verilən 6 çənin tikintisinə 2015-ci ildən başlanıb və qaz saxlanılacaq çənlərin ümumi tutum həcmi 60 min kubmetri təşkil edib.

Terminalda yeni çənlərin tikintisi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR