Egey dənizində gəminin batması nəticəsində on iki nəfər ölüb - VİDEO

Egey dənizində gəminin batması nəticəsində on iki nəfər ölüb  - <span style="color: red;">VİDEO
# 17 oktyabr 2015 13:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Egey dənizində içərisində əcnəbi vətəndaşların olduğu gəminin batması nəticəsində 12 nəfər ölüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çanaqqala valisi Həmzə Erkal məlumat verib.

Məlumata görə, Yunanıstana keçmək istəyən şəxsləri aparan gəmidə olan 25 nəfərin həyatı xilas edilib. Həyatı xilas edilən şəxslər bildirib ki, gəmidə 52 nəfər xarici vətəndaş olub.

Xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR