TAP-ın İtaliya üzrə meneceri dəyişib

TAP-ın İtaliya üzrə meneceri dəyişib
# 01 aprel 2016 14:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan qazının Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) layihəsinin İtaliya üzrə meneceri dəyişib.

"APA-Economics" İtaliya mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə 2014-cü ildən 2015-ci ilə qədər "Ferrovie dello Stato" şirkətinin rəhbəri Mikele Mario Elia (Michele Mario Elia) təyin edilib. O, bu vəzifədə Klara Rissonu əvəz edib.


Qeyd edək ki, Mikele Mario Elia 1975-ci ildən - 2004-cü ilə qədər İtaliyanın dövlət dəmir yolları şəbəkəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR