Odessada baş vermiş ağır yol qəzası nəticəsində 6 nəfər ölüb

Odessada baş vermiş ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
# 22 noyabr 2015 03:44 (UTC +04:00)

Bakı-APA. Odessanın Srednefontanskaya küçəsində iki avtomobilin üz-üzə toqquşması nəticəsində 6 nəfər ölüb, daha iki nəfər ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Məlumata görə, Bolqarıstan dövlət qeydiyyat nişanı olan “Opel Vectra” markalı avtomobil əks hərəkət zolağına çıxaraq qarşıdan gələn “Nissan X-Trail” markalı maşınla toqquşub.

Polis qəzanın səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR