Ərdoğan: “Türkiyənin Suriyada əməliyyata hazırlaşmasına dair Rusiyanın bəyanatı gülüncdür”

Ərdoğan: “Türkiyənin Suriyada əməliyyata hazırlaşmasına dair Rusiyanın bəyanatı gülüncdür”
# 05 fevral 2016 17:53 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Suriyada əməliyyata hazırlaşmasına dair Rusiyanın bəyanatı gülüncdür.

APA-nın “Al Arabiya” telekanalına verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Mən bu bəyanatı çox gülünc sayıram. Əslində Rusiya özü Suriya ərazisinə müdaxilə etməklə məşğuldur”, deyə Ərdoğan qeyd edib.

Bundan əvvəl Türkiyə hökumətindəki mənbə rəsmi Ankaranın Suriyada hərbi əməliyyat planının olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR