Tovuzda 80 yaşlı qadın yanaraq ölüb

Tovuzda 80 yaşlı qadın yanaraq ölüb
# 26 yanvar 2016 07:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Tovuzda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Aşağı Quşçu kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1936-cı il təvəllüdlü Quliyeva Roza Qara qızının cəsədi aşkar edilib. Bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR