Maştağada 41 yaşlı kişi intihar edib

Maştağada 41 yaşlı kişi intihar edib
# 14 sentyabr 2015 06:58 (UTC +04:00)

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Maştağa sakini, 1974-cü il təvəllüdlü İmran Sahib oğlu Bağırov yaşadığı evdə özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, bu bir neçə gün içərisində Maştağada qeydə alınan 3-cü intihar hadisəsidir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR