Bərdədə avtomobil yanıb, sürücü xəsarət alıb

Bərdədə avtomobil yanıb, sürücü xəsarət alıb
# 04 aprel 2016 09:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bərdə rayonunda avtomobil yanıb, sürücü xəsarət alıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 2-də saat 12 radələrində Bərdə rayonunun Mollagüllər kəndində Tərtər rayon sakini Əhəd Abbaszadəyə məxsus “Volkswagen-Passat” markalı avtomobilin salon hissəsində qısa qapanmadan yanğın baş verib. Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, yanıq xəsarəti almış Əhəd Abbaszadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR