Ramil Usubov Nevada Ştat Assambleyasının sədrini qəbul edib

Ramil Usubov Nevada Ştat Assambleyasının sədrini qəbul edib
# 05 aprel 2016 17:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki qəbul edib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daxili işlər naziri Azərbaycanın transmilli mütəşəkkil cinayətkarlığın növlərindən olan terrorçuluqdan əziyyət çəkdiyini, hələ ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvələrində Ermənistan xüsusi xidmət orqanlarının təşkil etdiyi 32 terror aktı nəticəsində 2 mindən çox vətəndaşımızın qətlə yetirildiyini, eyni zamanda 11 sentyabr 2001-ci il hadisələrindən sonra Azərbaycanın ABŞ-ın rəhbərliyi altında yaradılmış antiterror koalisiyasında fəal iştirak etdiyini, respublikamızın bu qlobal bəlaya qarşı mübarizəyə öz töhfələrini verdiyini qonağın diqqətinə çatdırıb.

R. Usubov ölkədə əmin-amanlığın yüksək səviyyədə olduğunu, Azərbaycanın təhlükəsiz dövlətlərdən biri olduğunu, burada müxtəlif dinlərdən, millətlərdən olan xalqların tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşadıqlarını, 2016-cı ilin "multikulturalizm ili" elan edildiyini xatırladıb.

Con Həmbrik 2014-cü ildə Azərbaycanın insan alverinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda iştirakını xatırladıb. Qonaq Nevada ştatının Azərbaycanla ticari-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu, rəhbərlik etdiyi ştat assambleyasının Azərbaycana dəstək ifadə edən qətnamə qəbul etdiyini, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü və ölkənin suverenliyi çərçivəsində həllinə tərəfdar olduğunu deyib, bu məsələdə hər zaman Azərbaycanın yanında olacaqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR