Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürüb

Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürüb
# 05 aprel 2016 09:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Gündüz Əsədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Leyla Namazovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR