Şəki və Ağdam sakinlərindən xeyli miqdarda narkotik vasitə götürülüb

Şəki və Ağdam sakinlərindən xeyli miqdarda narkotik vasitə götürülüb
# 07 oktyabr 2015 11:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şəki və Ağdam sakinlərindən xeyli miqdarda narkotik vasitə götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəki şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşən Məmmədovun Turan qəsəbəsində yaşadığı evə baxış zamanı 4 kiloqram 50,53 qram marixuana aşkarlanıb.

Ağdam rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sarıçoban kənd sakini Firdovsi Allahverdiyevin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 125 qram marixuana və 2 ədəd çətənə özəyi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR