Rusiyada tanınmış azərbaycanlı alim ölüb

Rusiyada tanınmış azərbaycanlı alim ölüb
# 18 iyul 2016 11:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Rusiyanın Amur vilayətində Azərbaycan diasporunun tanınmış fəalı, professor Rafael Səlimov vəfat edib. Amur vilayəti azərbaycanlıları Konqresinin sədri Məhəmməd Əsgərov APA-ya bildirib ki, 1940-ci il təvəllüdlü, Rusiyada kənd təsərrüfatı üzrə tanınmış alim, Konqresin İdarə heyətinin üzvü, professor Rafael Məmmədsəlim oğlu Səlimov iki ildir yaşadığı Stavropol şəhərində dünyasını dəyişib.

Onun meyiti Stavropolda yaşadığı evdə aşkar olunub. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Azərbaycanlı professor Stavropol şəhərində dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR