Zaqatala Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub

Zaqatala Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
# 27 may 2016 09:35 (UTC +04:00)

Bakı. Vüqar Heydərov – APA. Zaqatala Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Tofiq Əhmədov tutduğu vəzifədən azad edilərək icra başçının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Zaqatala rayon İcra hakimiyyəti başçısının birinci müavini olmuş Elman Ramazanov bir müddət əvvəl öz xahişi ilə işdən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR