Sabah DİN-də geniş kollegiya iclası keçiriləcək

Sabah DİN-də geniş kollegiya iclası keçiriləcək
# 15 oktyabr 2015 09:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçiriləcək.

APA-nın məlumatına görə, sabah respublikanın bütün şəhər və rayonları üzrə idarə, şöbə və bölmə rəisləri nazirliyə toplaşacaq.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçiriləcək kollegiya iclası cari ilin 9 ayənda cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada respublikada törədilən cinayət hadisələri, həmin cinayətlərin açılması və kriminogen durum müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR