TQDK Beynəlxalq Bankın işçiləri üçün test imtahanı keçirəcək

TQDK Beynəlxalq Bankın işçiləri üçün test imtahanı keçirəcək
# 16 dekabr 2015 11:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Beynəlxalq Bankın müraciəti əsasında bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda Beynəlxalq Bankın 710 nəfər əməkdaşının iştirakı nəzərdə tutulur. İşçilərin biliyinin qiymətləndirilməsi dörd istiqamət - Xəzinə işi, Əməliyyat işi, Kredit işi və Mühasibat işi üzrə aparılacaq və iştirakçılara 100 test tapşırığı təqdim olunacaq: “Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aiddir, 15 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyənləşdirir”.

İmtahan dekabrın 19-da Bakı şəhərində, Bakı Kristal Zalında iki növbədə təşkil olunacaq. I növbə saat 10.00-da, II növbə saat 15.00-da başlanacaq və hər imtahan 3 saat ərzində aparılacaq.

İmtahana buraxılış şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” əsasında aparılacaqdır. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün iştirakçılar imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR