Hacıqabulda 4 otaqlı, Astarada isə 2 otaqlı ev yanıb

Hacıqabulda 4 otaqlı, Astarada isə 2 otaqlı ev yanıb
# 19 yanvar 2016 19:24 (UTC +04:00)

Bakı-APA. Hacıqabul və Astarada yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonunda yanğın vətəndaşa məxsus ümumi sahəsi 186 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları 140 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Astara rayonu, Səncərədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 8 kv.m sahədə, içərisinə yığılmış 2 ton ot bağlamasının 500 kq-ı yanıb. Köməkçi tikilinin və ot bağıamasının qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR