BANM-də ““Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir” adlı tədbir keçirilib

BANM-də ““Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir” adlı tədbir keçirilib
# 16 dekabr 2015 07:53 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) ““Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir” adlı tədbir keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyi və nümayəndələrinin Ali Məktəbə gəlişindən məmnun olduğunu və belə layihələrin davamlı xarakter almasının vacibliyini vurğulayıb. E. Qasımov “Kitabi-Dədə Qorqud” və bu kimi dəyərlərin tələbələrə aşılanmalı olduğunu bildirib.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Fondun yaranma tarixindən və fəaliyyətindən söz açaraq qurumun fəaliyyətinin əsas istiqamətinin maarifləndirmə olduğunu deyib. O, Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un alman şərqşünas, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyinin qeyd olunduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Muxtar İmanov “Kitabi-Dədə Qorqud” və dövlətçilik” mövzusunda məruzə ilə çıxış edib. O, eposdakı boylar haqqında məlumat verərək, burada təsvir olunan xalq, Vətən, hakimiyyət və hakimiyyətin rəmzləri və ordu anlayışlarının eposdakı mənalarını izah edərək dastanda dövlət, xalq, ordu və bu kimi məsələlərə yanaşma və təsvir haqqında danışıb.

Sonda tələbələr məruzə ilə bağlı fikirlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR