Azərbaycan Çindən Avropaya yüklərin daşınması üçün yaradılan konsorsiuma üzv olur

Azərbaycan Çindən Avropaya yüklərin daşınması üçün yaradılan konsorsiuma üzv olur
# 30 noyabr 2015 13:31 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstanın böyük nəqliyyat və yükdaşıma operatorları Çindən Avropaya yüklərin daşınması məqsədi ilə konsorsiumun yaradılması haqqında qərara qəbul ediblər. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "İnterfax" agentliyi "Gürcüstan dəmir yolları"nın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Konsorsiumun yaradılması haqqında razılıq İstanbulda keçirilən "Logitrans" beynəlxalq nəqliyyat və yükdaşıma sərgisi çərçivəsində keçirilən "Çin-Türkiyə-Avropa" Transxəzər nəqliyyat marşrutunun imkanları və perspektivlərinin təqdimatın əldə olunub.

Çinin "Mishgeng Logistics" şirkəti ilə yanaşı konsorsiumun təsisçiləri olmağa Qazaxıstanın "KTJ ekspress", "Azərbaycan Xəzər Dəniz Gəmişiliyi" QSC və "Karvan logistics" şirkəti, eləcə də "Gürcüstan Dəmir Yoları"nın yardımçı strukturu "TransCaucasus Terminals" razılıqlarını veriblər. Türkiyə tərəfi isə konsorsiumda Assosiasiya üzvü kimi təmsil olunacaq.

"TransCaucasus Terminals"ın direktoru Levan Sulaberidzenin sözlərinə görə, kompaniya konsorsiumun təsisçiləri ilə birlikdə faktiki olaraq Transxəzər nəqliyyat marşrutu boyu yerləşən bütün ölkələrdə fəaliyyətə başlayıb.

2016-cı il ərzində bu layihə çərçivəsində Gürcüstan ərazisində keçməklə ilk dəfə bir neçə min konteyner yükün Çindən Türkiyə və Avropaya daşınması planlaşdırılıb. Eləcə də, gələn ildən yüklərin Ukrayna vasitəsi ilə Şimali və Şərqi Avropaya daşınmasına başlanmasına baxılır.

Transxəzər nəqliyyat marşrutunun əsas hissəsi uzunluğu 826 km olan Bakı-Tiflis-Qars dəmiryolu olmalıdır. Dəmiryolunun istifadəyə 2016-cı ildə verilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR