Rusiyada evdə baş verən yanğında üç uşaq ölüb

Rusiyada evdə baş verən yanğında üç uşaq ölüb
# 30 sentyabr 2016 08:29 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Pskov vilayətində fərdi evdə baş verən yanğında üç uşaq ölüb.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 30-da gecə Novosokolniki rayonunun Çirki yaşayış məntəqəsində qeydə alınıb.

Birmərtəbəli taxta evdə baş verən yanğından sonra üç azyaşlının meyiti dağıntılar altında aşkar edilib.

Hadisənin səbəbləri araşdırlır.

Sentyabrın 23-də Rusiyanın Omsk vilayətində fərdi evdə baş verən yanğında isə dörd uşaq ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR