Binəqədidə ev yanıb

Binəqədidə ev yanıb
# 14 fevral 2016 15:14 (UTC +04:00)

Bakı – APA. Bakı şəhərinin Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR