Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 İyul
# 30 iyul 2016 18:01 (UTC +04:00)

Qərbi Texas markasında cüzi artım hələ qeyri-müəyyənliyin geridə qalması demək deyil. Qiymətlərin yenidən sabitləşməsinə olan ümidlər özünü doğrultmur. Əksinə, yenicə açıqlanan acınacaqlı statistika bazara daha bir zərbə vurub. Hətta neft qiymətlərinin 40 dollaradək aşağı enməsi də mümkündür.

Bu arada ABŞ Energetika Nazirliyinin Energetik İnformasiya idarəsi neft bazarlarında bir neçə təhlükəli əlamət aşkarlayıb. ABŞ-ın neft ehtiyatları son bir həftə ərzində 1,7 milyon artıb ki, bu artım da iyulun 22-də yekunlaşıb. Göstərilən rəqəm son iki ay ərzində ilk belə yüksəlişdir. ABŞ-ın malik olduğu neft ehtiyatları artaraq 521,1 milyon barelə çatıb.

Digər təhlükəli siqnal benzin ehtiyatlarındakı 0,5 milyon barel həcmində artımın olmasıdır. Bu isə son altı ayın ən yüksək göstəricisidir. Yay mövsümündə benzinə tələbatın artması gözlənilsə də, mövcud yanacaq ehtiyatları mart ayından bu yana dəyişməz qalıb.

Hazırda dünya üzrə mövcud benzin resurslarına gəlincə, bu göstərici hazırda 500 milyon bareli üstələyir. Analitiklərin xam neft ehtiyatının azalacağını gözlədiyi bir vaxtda açıqlanan rəqəmlər demək olar ki, sürpriz olub.

Bazarlardakı reaksiyaya əsaslanaraq belə bir fikir yürütmək olar ki, açıqlanan rəqəmlər heç də neft ticarətçilərinin ürəyincə olmayıb. WTI markalı neftin bir barelinin qiyməti zaman-zaman 2,5, "Brent" markasının dəyəri isə 3 faizədək aşağı düşüb. Məsələ burasındadır ki, bazar yaxın aylarda tələb və təklif amilləri arasında balans yaranacağına ümid edirdi. Əgər bu ehtimallar növbəti dəfə darmadağın olsa, yaxın vaxtlarda neftin qiyməti 40 dollara qədər enə bilər...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR