Baş nazirin müavini: “AŞPA Azərbaycana qarşı ikili standart mövqeyində olduğunu bir daha nümayiş etdirdi”

Baş nazirin müavini: “AŞPA Azərbaycana qarşı ikili standart mövqeyində olduğunu bir daha nümayiş etdirdi”
# 01 fevral 2016 20:49 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən mühüm qətnamə Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən qış sessiyasında müzakirəyə çıxarılarkən AŞPA Azərbaycana qarşı ikili standart mövqeyində olduğunu bir daha nümayiş etdirdi”.

APA-nın məlumatına görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən geniş Kollegiya iclasında baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu addımı ilə özünün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dair qəbul etdiyi qərarlara, eləcə də BMT qətnamələrinə, Avropa Parlamentinin və ATƏT Parlament Assambleyasının qərar və qətnamələrinə qarşı çıxdığını açıq-aydın nümayiş etdirdi: “Təbii ki, burada ATƏT-in Minsk Qrupunun da fəaliyyətsizliyi özünü göstərdi. Bununla yanaşı, keçən dövr ərzində ATƏT-in Minsk Qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR