Ələt-Astara yolunda zəncirvari qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb - YENİLƏNİB

Ələt-Astara yolunda zəncirvari qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 14 may 2016 15:40 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Biləsuvar rayonunda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun 94-cü kilometrliyində, yolun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayonunun Adnalı kənd sakini, 58 yaşlı Əifağa İsayevin idarə etdiyi “QAZel” markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən həmyerlisi, 32 yaşlı Vüsal İbrahimovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə, sonra Quba rayon sakini, 54 yaşlı Həmzə Ağayevin idarə etdiyi “Seat” markalı maşına çırpılıb. Sonda isə “QAZel” Biləsuvar rayon sakini, 56 yaşlı Kamal Abdullayevin idarə etdiyi “Pejo” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı ”Pejo”nun sürücüsü aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. “QAZel”in sürücüsü və onun oğlu, 28 yaşlı Elməddin İsayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Salyan və Biləsuvar rayonlarından təcili yardım briqadaları cəlb olunub. Avtomobildə sıxılıb qalmış meyit xilasedicilər tərəfindən çıxarılaraq aidiyyati üzrə təhvil verilib. Yaralılar isə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, E. İsayevin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

*** 14.43

Astara. Ağəddin Babayev – APA. Ələt-Astara yolunda zəncirvarı qəza baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Ölən şəxs Biləsuvar rayon sakini, 1960-cı il təvəllüdlü Kamal Abdullayevdir.

Hazırda yol polisi əməkdaşları hadisə yerində araşdırma aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR