Lisey və gimnaziyaların 1-ci sinfinə şagird qəbulu üçün müraciətin vaxtı uzadılıb

Lisey və gimnaziyaların 1-ci sinfinə şagird qəbulu üçün müraciətin vaxtı uzadılıb
# 07 aprel 2016 11:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı şəhəri üzrə I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək aparılan elektron qeydiyyat yekunkaşıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, valideynlərin çoxsaylı müraciətlərinə əsasən, lisey və gimnaziyaların 1-ci sinfinə elektron qeydiyyatın vaxtı bu gündən etibarən bir neçə gün artırılıb. Belə ki, I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat 10 aprel saat 00:00-dək davam edəcək.

Qeyd edək ki, seçim üçün müsabiqələr (imtahanlar) aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR