MSK sədri: “Dairələrdən protokolların qəbulu prosesi sabaha qədər başa çatacaq”

MSK sədri: “Dairələrdən protokolların qəbulu prosesi sabaha qədər başa çatacaq”
# 02 noyabr 2015 10:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisə noyabrın 1-də keçirilən seçkilərdə seçki məntəqələrinə 200 minə qədər baxış olub.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

M. Pənahov deyib ki, seçki məntəqələrinə virtual baxışların 60 faizi veb-kameralar, 40 faizi mobil telefonlar vasitəsi ilə olub.

MSK sədri sabaha qədər dairələrdən MSK-ya protokolların qəbulu prosesinin başa çatacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR