Putin: “Terrorçular Suriyadakı platsdarmdan istifadə edərək, ayrı-ayrı regionlarda gərginlik yaratmaq istəyirlər”

Putin: “Terrorçular Suriyadakı platsdarmdan istifadə edərək, ayrı-ayrı regionlarda gərginlik yaratmaq istəyirlər”
# 20 oktyabr 2015 14:05 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə yüksək vəzifələrə təyin olunmuş zabitlərin təqdimat mərasimində çıxış edərkən deyib.

“Onlar bir çox dövlətlərdən, o cümlədən Rusiya və MDB respublikalarından olan silahlıları sıralarına cəlb edirlər”, - deyə Rusiya prezidenti bildirib.


Putin qeyd edib ki, Rusiya qabaqlayıcı tədbirlər görmək üçün Suriyada əməliyyatlara başlayıb: “Suriyaya hərbi dəstək Rusiyanın hərbi doktrinasına və beynəlxalq hüquqa tamamilə uyğundur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR