Azərbaycan ərazisində yağışlar davam edəcək, bəzi rayonlarda qar yağacaq - VİDEO

Azərbaycan ərazisində yağışlar davam edəcək, bəzi rayonlarda qar yağacaq - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2015 09:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bakı və Abşeron yarımadasında oktyabrın 30-da fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 30-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-11, gündüz 12-15, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR