Tərcümə Mərkəzi Saday Budaqlının "Yolüstü söhbət” kitabını nəşr edib

Tərcümə Mərkəzi Saday Budaqlının "Yolüstü söhbət” kitabını nəşr edib
# 11 noyabr 2015 10:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yazıçı-tərcüməçi Saday Budaqlının 60 yaşının tamamı münasibətilə nasirin “Yolüstü söhbət” kitabını nəşr edib.

Mərkəzdən APA-ya verilən məlumata görə, kitaba yazıçının “Zədə” romanı, povestləri, 1990-2000-ci illərdə yazdığı hekayələri toplanıb.

Saday Budaqlı 1955-ci ildə anadan olub. 1984-cü ildə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. Povest və hekayələrdən ibarət kitabları Azərbaycan və rus dillərində 90-cı illərdə Moskvada və Bakıda çapdan çıxıb. Moskvada nəşr olunan “Uduş” kitabına görə Maksim Qorki adına Ümumittifaq Mükafatına layiq görülüb. Moskvanın “Nedelya” həftəlik məcmuəsinin laureatıdır. 1982-ci ildə “Drujba Narodov” jurnalının “İlin ən yaxşı hekayəsi” mukafatını qazanıb. 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə tərcümə olunub. M.Bulqakov, E.Kabavata, Q.Markes, M.Lyosa, X.Onetti, Kamilo Xose Sela, Migel Delibes və digər yazıçıların əsərlərini dilimizə tərcümə edib. “Yolüstü söhbət” Saday Budaqlının latın qrafikasında nəşr olunan ilk kitabıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR