Deputat Azərbaycan Dövlət Aqrar Universitetinə torpaq sahələrinin ayrılmasını təklif edib

Deputat Azərbaycan Dövlət Aqrar Universitetinə torpaq sahələrinin ayrılmasını təklif edib
# 23 fevral 2018 10:33 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Dövlət Aqrar Universitetinə xüsusi torpaq sahələrinin ayrılması təklif olunub.

APA-nın məlumatına görə, iclasda çıxış edən deputat Naqif Həmzəyev bildirib ki, ölkədə yeganə aqrar tədris müəssisəsi olan, Gəncədə yerləşən təhsil müəssisənin təcrübə üçün hələ də torpaq sahəsi yoxdur: "Aqrar universitet ölkədə yeganə ixtisaslaşmış tədris müəssisədir. Bu yaxınlarda müəssisənin böyük yataqxana kompleksinin açılışına cənab prezident də qatıldı. Hesab edirəm ki, qeyri-neft sektorunun inkişafını nəzərə alaraq, bu müəssisəyə torpaq sahələri ayırmaq lazımdır”.

Spiker Oqtay Əsədov da deputatın təklifini dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR