Zaqatalada ev yanıb

Zaqatalada ev yanıb
# 02 dekabr 2017 06:18 (UTC +04:00)

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın bu gecə saat 01:00 radələrində rayonun Suvagil kəndində, kənd sakini Arif Saleh oğlu Əhmədova məxsus, ümumi sahəsi 72 kv.m. ikimərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb.

Yanğın zamanı evin çardaq hissəndə, odun sobasının ətrafının yanar konstruksiyaları 6 kv.m. sahədə yanıb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR