Estoniya prezidenti xizək marafonunda iştirak edib

Estoniya prezidenti xizək marafonunda iştirak edib
# 04 fevral 2018 23:31 (UTC +04:00)

Fevralın 4-də Estoniya prezidenti Kersti Kalyulayd Tamsalu-Neerut xizək marafonunda iştirak edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ümumilikdə yarışlara 282 nəfər qatılıb.

49 yaşlı Kersti Kalyulayd 30 km-lik məsafəni 2 saat 13 dəqiqə, 23 saniyəyə başa vurub. Xizək marafonun qalibi isə estoniyalı xizəkçi Alqo Kərp olub (1.18.49)

Yarışlarda həmçinin Estoniyanın Mədəniyyət naziri İndrek Saar və futbol üzrə ölkə yığmasının baş məşqçisi Martin Reym iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR