Prokuror qaynını güllə ilə vuran şəxsə 10 il 6 ay həbs cəzası istəyib

Prokuror qaynını güllə ilə vuran şəxsə 10 il 6 ay həbs cəzası istəyib
# 07 noyabr 2016 10:01 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, təqsirləndirilən şəxsə 10 il 6 ay həbs cəzası istəyib.

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış edib.

Məhkəmə son söz üçün təqsirləndirilən şəxsə vaxt verib.

Proses noyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR