Göygöldə qətl törədilib

Göygöldə qətl törədilib
# 07 avqust 2016 07:04 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Kənd sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Qocayev həmkəndlisi, 1960-cı il təvəllüdlü Cəlal Həsənovu bıçaqla qətlə yetirib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı Göygöl rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR