Azərbaycanda vergi ödəyicilərinə xidmətlərin yeni vahid standartları təsdiqlənib

Azərbaycanda vergi ödəyicilərinə xidmətlərin yeni vahid standartları təsdiqlənib
# 24 sentyabr 2015 16:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Vergilər Nazirliyi yeni “Vergi ödəyicilərinə xidmətlərin vahid standartları”nı təsdiq edib.

APA-nın məlumatına görə, “Vergi ödəyicilərinə xidmətlərin vahid standartları” vergi ödəyicilərinə göstərilən xidmətlərin meyarlarını və xidməti göstərən vergi orqanı əməkdaşının davranış və ünsiyyətinə dair ümumi tələb və normaları müəyyən edir.

“Vergi ödəyicilərinə xidmətlərin vahid standartları”na əsasən qeydiyyat və vergi uçotu, məlumat (status) dəyişikliyi, ləğv (qeydiyyatdan çıxma), arayışların (məlumatların) verilməsi, elektron xidmətlər, məlumatlandırma xidmətləri və digər xidmətlərə dair yeni standartlar müəyyənləşdirilib. Yeni standartlar elektron xidmətlərin daha geniş tətbiqinə əsaslanır. Məsələn, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyat üçün gücləndirilmiş elektron imza və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı zamanı təsisçinin tərtib etdiyi nizamnamənin seçilməsi halında nizamnamə tələb olunacaq.

Yeni standartın qüvvəyə minməsi ilə əlaqədar 2013-cü ildə təsdiq olunmuş “Vergi ödəyicilərinə xidmətlərin vahid standartları” qüvvədən düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR