Əli Əhmədov: “Sərsəng su anbarına qarşı təxribat törədilməsi ehtimalı qalır”

Əli Əhmədov: “Sərsəng su anbarına qarşı təxribat törədilməsi ehtimalı qalır”
# 24 noyabr 2015 08:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Sərsəng su anbarı ilə bağlı problem Azərbaycan cəmiyyətini daim düşündürən məsələlərdən biridir”.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan ərazilərinə hücum etmiş və torpaqlarının 20 faizinə qədərini işğal etmiş erməni işğalçıları digər vasitələrlə də Azərbaycana problemlər yaratmağa çalışıblar: “Bu istiqamətdə Sərsəng su anbarı məsələsi bizi ciddi narahat edir. Su anbarına qarşı təxribat törədilməsi təhlükəsi qalmaqdadır. Beynəlxalq qurumlar, dünya ictimaiyyəti erməni təxribatın qarşısının alınması üçün tədbirlər görməlidirlər. Güman edirəm ki, bu istiqamətdə müzakirələr də yəqin ki, həqiqətin ortaya çıxmasına kömək edəcək”.

Qeyd edək ki, noyabrın 23-də AŞPA Sosial Məsələlər Komitəsinin iclasında Sərsəng su anbarı yaxınlığında yaşayan Azərbaycan sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamə layihəsi qəbul olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR