Lənkəran şəhəri üzrə 560 gənc ilk dəfə səs verəcək - FOTOSESSİYA

Lənkəran şəhəri üzrə 560 gənc ilk dəfə səs verəcək - <span style="color: red;">FOTOSESSİYA
# 01 noyabr 2015 07:29 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda səhər saat 08.00-da parlament seçkilərinə start verilib.

APA-nın bölgə müxbirinin xəbərinə görə, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 6 saylı seçki məntəqəsində səhər saat 07.30-da bir daha məntəqə seçki komissiyasının üzvləri arasında iş bölgüsü dəqiqləşdirilib. Seçki Məcəlləsinə uyğun olaraq istifadə edilməmiş qeydiyyatdan çıxma vəsiqələri ləğv edilib, səsvermə qutuları kilidlənib, müvafiq akt yazılıb. Bütün bu prosesi yerli müşahidəçilər də izləyib.

Səsvermənin məntəqədə seçicilərin fəallığı qənaətbəxş olub. Bu məntəqədə 1367 seçicinin adı seçici siyahısına salınıb. Məntəqədə veb-kamera qurulub.

73 saylı Lənkəran Şəhər Seçki Dairəsinin sədri Kərim Heydərov bildirib ki, dairə üzrə qeydiyyata alınmış 36433 nəfər seçicidən 560 nəfəri ilk dəfə səs verəcək. 80 və 100 yaş arasında olan seçicilərin sayı isə 282 nəfərdir. Seçicilər 6 namizəd arasından seçim edəcək.

Qeyd edək ki, Lənkəran rayonu üzrə ümumilikdə 4 seçki dairəsi fəaliyyət göstərir. Onlardan biri Masallı, digəri isə Astara rayonu ilə ortaq fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR