Venesuelada dövlət qulluqçuları həftədə cəmi iki gün çalışacaqlar

Venesuelada dövlət qulluqçuları həftədə cəmi iki gün çalışacaqlar
# 27 aprel 2016 03:58 (UTC +04:00)

Bakı-APA. Venesuelada dövlət qulluqçuları həftədə cəmi iki gün – bazar ertəsi və çərşənbə axşamı çalışacaqlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hökumətin müvafiq qərarı ötən gün ölkənin vitse-prezidenti Aristobulo İsturis tərəfindən elan edilib.

Aristobulo İsturis qeyd edib ki, belə bir qərarın çıxarılmasında məqsəd təşkilatlar və müəssisələr tərəfindən elektrik enerjisi tələbatının azaldılması olub.

Qeyd edək ki, Venesuela hökuməti bundan əvvəl elektrik enerjisinə qənaət olunması məqsədilə cümə günlərini qeyri iş günü elan edib, elektrik enerjisini məhdudiyyətlərə verilməsinə və hətta əqrəblərin yarım saat qabağa çəkilməsinə dair qərar verib.

Bu arada isə ölkənin ən iri “El Quri” su elektrik stansiyasının yerləşdiyi su anbarında suyun səviyyəsi tarixi aşağı göstəriciyə – 241,6 metrə düşüb. Bundan əvvəl ən aşağı göstərici – 244 metr 2003-cü ildə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR