Samuxda iki avtomobil toqquşub

Samuxda iki avtomobil toqquşub
# 17 fevral 2016 13:56 (UTC +04:00)

Samux. Azər Məmmədli - APA. Samux rayonunda iki avtomobil toqquşub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Samuxun “İnstitut” qəsəbəsində qeydə alınıb. “Hyundai” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR