Azərbaycanın Almaniyadakı səfirliyində referenduma hazırlıq başa çatıb

Azərbaycanın Almaniyadakı səfirliyində referenduma hazırlıq başa çatıb
# 20 sentyabr 2016 10:28 (UTC +04:00)

Bakı-APA. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə sentyabrın 26-da Azərbaycanın Almaniyadakı səfirliyində səsvermə keçiriləcək.

Səfirlikdən APA-ya bildirilib ki, Seçki Məcəlləsinə əsasən səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi üçün səfirlikdə seçki məntəqəsi yaradılıb. Məntəqədə vətəndaşların səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılıb və zəruri hazırlıq işləri görülüb.

Almaniyada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün səfirlik poçt vasitəsilə bildirişlər göndərib, vətəndaşlarımıza e-mail və telefonla ətraflı izahlar verib. Ölkədə yaşayan vətəndaşlarımızın səsvermədə aktiv iştirakı üçün Almaniyanın müxtəlif bölgələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız da bu işlərə cəlb edilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR