Bolqarıstan TANAP-la Avropaya nəql olunacaq qaz üçün yeni paylayıcı mərkəz təklif edir

Bolqarıstan TANAP-la Avropaya nəql olunacaq qaz üçün yeni paylayıcı mərkəz təklif edir
# 14 yanvar 2016 12:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Cənub axını" layihəsi artıq tarixə qovuşub. Hazırda gündəmdə olan layihə "Balkan" qazpaylayıcı mərkəzidir.”

APA-nın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov parlamentdə çıxışı zamanı deyib.

B. Borisov qeyd edib ki, bu qazpaylayıcı mərkəzə TANAP kəməri ilə Avropaya çatdırılacaq Azərbaycan qazı da vurula bilər: "Bununla da biz Avropa İttifaqının iradlarından qurtula bilərik. Bildiyiniz kimi, Avropa İttifaqı "Cənub axını" layihəsi çərçivəsində yalnız Rusiyanın "Qazprom" şirkətindən qazın alınmasına etiraz edirdi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR